Roma Papası və Bayden pandemiya və iqlim böhranı məsələlərini müzakirə ediblər 

Roma Papası və Bayden pandemiya və iqlim böhranı məsələlərini müzakirə ediblər  Bu gün Roma papası Fransis ABŞ prezidenti Co Baydeni və həyat yoldaşı Cill Baydeni özəl olaraq qəbul edib.
Digər ölkələr
29 Oktyabr , 2021 17:55
Roma Papası və Bayden pandemiya və iqlim böhranı məsələlərini müzakirə ediblər 

Roma Papası Fransisk və ABŞ Prezidenti Cozef Bayden arasında Vatikanda keçirilmiş görüş zamanı pandemiya ilə mübarizə və iqlim böhranının aradan qaldırılması məsələləri müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.

“ABŞ Prezidenti Roma Papası Fransiskin iqlim böhranı ilə mübarizəyə rəhbərlik etməsini, həmçinin vaksinlərin bölüşdürülməsi və dünya iqtisadiyyatının bərabər səviyyədə bərpa olunması hesabına pandemiyaya son qoyulmasının təmin edilməsinə fəal dəstəyini yüksək qiymətləndirib”, - deyə məlumatda bildirilib.

16.44

Bu gün Roma Papası Fransisk ABŞ Prezidenti Co Baydeni və həyat yoldaşı Cill Baydeni qəbul edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Həvarilər Sarayında papanın şəxsi kitabxanasında keçirilən görüş saat yarımadək davam edib. Görüş mediaya qapalı keçirildiyindən təfərrüatı məlum deyil.

Bu, Co Baydenin prezident seçiləndən sonra Vatikana ilk səfəri, eyni zamanda Papa Fransisklə dördüncü görüşüdür. Bundan əlavə, Co Bayden Roma Papası ilə görüşən ABŞ-ın sayca ikinci katolik prezidentidir.

Son xəbərlər

Orphus sistemi