Yuxarı

​Roma meri israfçılıq qalmaqalına görə istefa verib

Marino bu qərarı yalnız şəhərin maraqları naminə qəbul edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Roma meri İqnasio Marino israfçılıq ilə bağlı qalmaqal səbəbindən öz vəzifəsindən istefa verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, qalmaqal sabiq mer öz xərclərini şəxsi kredit kartı əvəzinə bələdiyyəninki ilə ört-basdır etməsi ilə əlaqəli olub.

O, kartdan çıxardığı 20 min avronun hamısını ödəməyə razı olsa da, sonda istefa haqqında qərar qəbul edib. Çünki cəmiyyətdə Marinoya qarşı münasibət mənfi idi.

"Mən istefa verirəm", - deyə müraciətdə bildirilir. Burada Marinonun adından qeyd olunur ki, o bu qərarı yalnız şəhərin maraqları naminə qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi