Yuxarı

Roma: Liviyada beynəlxalq hərbi əməliyyatın keçirilməsi hazırda müzakirə edilmir

Liviya ilə bağlı hazırlanan istənilən plan düşünülmüş strategiyaya əsaslanmalıdır

Bakı. 1 dekabr. REPORT.AZ/ Liviyada beynəlxalq hərbi əməliyyatın keçirilməsi məsələsi hələlik müzakirə predmeti deyil. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İtaliyanın Baş naziri Matteo Rentsi bildirib.

Onun sözlərinə görə, Liviya ilə bağlı hazırlanan istənilən plan düşünülmüş strategiyaya əsaslanmalıdır.

"Rəsmi Roma hərbi əməliyyatlara qarşı deyil. Lakin biz səhvləri təkrar etməməliyik. Çünkü məhz bu səhvlərin acı bəhrəsini görürük", - deyə Matteo Rentsi qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi