Yuxarı

Roma: Avropada qanunsuz miqrant probleminin həlli birbaşa Liviya böhranına bağlıdır

Son bir həftə ərzində Aralıq dənizində batan miqrantların sayı 440-ı ötüb

Bakı. 18 aprel. REPORT.AZ/ İtaliyanın baş naziri Matteo Rentsi bəyan edib ki, bir sıra Avropa dövlətinin ciddi narahatlığına səbəb olan Aralıq dənizi üzərindən gələn qanunsuz Afrikalı miqrantlar probleminin həlli birbaşa Liviya böhranı ilə əlaqəlidir.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, M. Rentsinin bildirib ki, Liviyada vəziyyət normallaşandan sonra Avropada miqrantların sayı da azalacaq.

Qeyd edək ki, sadəcə son bir həftə ərzində Aralıq dənizində batan insanların sayı 440-ı ötüb.

BMT-nin statistikasına əsasən isə, 2014-cü il əzrində Aralıq dənizində boğularaq dünyasını dəyişən Afrikalı miqrantların sayı 3.5 min təşkil edib. Daha 200 min insan isə xilas edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi