Britaniya kraliçasının “sapfir” yubileyi keçirilir

Britaniya kraliçasının “sapfir” yubileyi keçirilir II Yelizaveta 65 ildir taxt-tacdadır
Digər ölkələr
6 Fevral , 2017 17:21
Britaniya kraliçasının “sapfir” yubileyi keçirilir

Bakı. 6 fevral. REPORT.AZ/ II Yelizaveta taxt-tacda olmasının 65 illiyini qeyd edən ilk Britaniya monarxıdır.

“Report” BBC-yə istinadən xəbər verir ki, o, 2015-ci ilin sentyabrında Briləşmiş Krallığı uzun müddətə idarə edən monarx olub.

Məlumata görə, Londonda bu məqsədlə atəşfəşanlıq keçiriləcək. Kraliçanın taxt-tacda oturmasının 65 illiyi şərəfinə Qrin-parkda 41, bir saat sonra isə Tauerdə 62 dəfə yaylım atəşi açılacaq. I Dünya müharibəsindən qalma 6 topu 89 at meydana aparacaq.

Xəbərdə bildirilib ki, kraliça ənənəvi olaraq tacqoymanı Norfolkda Sandringem sarayında qeyd edir və bir neçə gündən sonra Birkingem sarayına qayıdır.

Qeyd edək ki, kraliçanın taxt-tacda olmasının 65 illiyinə “sapfir yubiley” də deyilir. 

Son xəbərlər

Orphus sistemi