​Rio-de-Janeyrodakı Olimpiya kəndində yanğın baş verib

​Rio-de-Janeyrodakı Olimpiya kəndində yanğın baş verib Yanğın Avstraliya yığmasının yerləşdiyi binada qeydə alınıb
Digər ölkələr
30 İyul , 2016 00:35
​Rio-de-Janeyrodakı Olimpiya kəndində yanğın baş verib

Bakı. 30 iyul. REPORT.AZ/ Rio-de-Janeyroda açılan Olimpiya kəndindəki binalardan birinin sakinləri yanğın səbəbindən təxliyə olunublar.

"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Yanğın Avstraliya yığmasının yerləşdiyi binada qeydə alınıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın gəlib. Şahidlərin sözlərinə görə, binanın pilləkənlərini tüstü bürüyüb. İlkin məlumatlara görə, heç kim zərər çəkməyib.

Son xəbərlər

Orphus sistemi