Rio-de-Janeyroda banka silahlı hücum olub, girov götürülənlər var - VİDEO

Rio-de-Janeyroda banka silahlı hücum olub, girov götürülənlər var - VİDEO Hadisə yerinə xüsusi əməliyyat batalyonunun nümayəndələri cəlb olunub
Digər ölkələr
3 Mart , 2018 00:48
Rio-de-Janeyroda banka silahlı hücum olub, girov götürülənlər var - VİDEO

Bakı. 3 mart. REPORT.AZ/ Rio-de-Janeyroda silahlı şəxslər bank şöbələrindən birinə hücum edərək insanları girov götürüblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Globo" telekanalı məlumat yayıb.

Onun məlumatına görə, hadisə şəhərin şimal hissəsində yerləşən Madureyra rayonu ərazisində baş verib. Hadisə yerinə xüsusi əməliyyat batalyonunun nümayəndələri, Rio-de-Janeyro ştatının hərbi polisinin elit bölmələri cəlb olunub. Onlar cinayətkarlarla danışıqlar aparırlar.

Girovların dəqiq sayı bildirilmir. İlkin məlumatlara görə, bu, soyğunçuluq cəhdidir.

Son xəbərlər

Orphus sistemi