Bakı. 8 mart. REPORT.AZ/ Tükiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Riqada Avropa İttifaqının xarici işlǝr vǝ tǝhlükǝsizlik siyasǝti üzrǝ ali komissarı Federika Moqherini ilǝ bir araya gǝlib.
"Report"-un TRT-yə istinadən verdiyi xəbərə görə, görüş zamanı Türkiyǝnin Avropa İttifaqına üzvlüyü vǝ regional mǝsǝlǝlǝr müzakirǝ edilib.
Başda Liviya vǝ Suriya olmaqla regional mövzular vǝ enerji ǝmǝkdaşlığına dair mǝsǝlǝlǝr ətrafında fikir mübadiləsi aparan tərəflər, terrorizmlə mübarizǝ sahǝsindǝ daha sıx ǝmǝkdaşlıq haqda razılığa gəliblər.