Yuxarı

Riçard Stengel: "İŞİD-in sosial şəbəkədə effektivliyi azalır"

Amerikalı qanunvericilər İŞİD əleyhinə ərəb dilində aparılan kampaniyadan xəbərsizdir

Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, son bir neçə ayda İŞİD-in sosial mediadakı mesajlarının təsirliliyində kəskin eniş müşahidə edilib.

“Report”un məlumatına görə, Dövlət katibinin ictimai diplomatiya və ictimai əlaqələr üzrə müavini Riçard Stengel Amerikanın Səsinə bildirib ki, İŞİD-də qarşı sosial şəbəkədə yayılan mesajlar bu terror qruplaşmasının dünya boyu mesajlarının yayılmasının qarşısını alır.

İŞİD əvvəllər sosial mediadan istifadədə həddən artıq effektiv idi. Bir çox insan İŞİD-in başkəsmələrinin fotolarını görüb və ya bu barədə sosial şəbəkədən oxuyub, ancaq istifadəçilərin çoxu qrupu İŞİD-in təbliği kampaniyası və İslamın interpretasiyasından məlumatsızdır.

Buna baxmayaraq nə ABŞ, nə də başqa ölkə İŞİD-in sosial şəbəkələrindəki kampaniyalarına qarşı o qədər də effektib olmayıb. İyun ayında New York Times iddia etmişdi ki, İŞİD sosial şəbəkə müharibəsində qalib gəlməkdədir. Məqalə Dövlət Departamentinə istinadən yazılmışdı.

May ayında isə senator Koru Buker anti-İŞİD kampaniyasını "gülməli" adlandırmışdı: "İki retvit, üç retvit...".

Ancaq Stengel bildirir ki, Buker kimi qanunvericilər İŞİD əleyhinə ərəb dilində aparılan kampaniyadan xəbərsizdirlər. "İŞİD barədə mesajların 95 faizi Ərəb dilində yayılır. Mən əmin deyiləm ki, Konqresdəki kişi və qadınların neçə faizi sosial şəbəkəni Ərəb dilində oxuyur. Onlar da bizim kimi sosial şəbəkələri İngilis dilində izləyir" - deyə diplomat Amerikanın Səsinin Dövlət Departamentindəki müxbiri Pam Dokinsə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi