“Reuters”: “Səudiyyə Ərəbistanı Rusiya yanacağının idxalını iki dəfə artırıb”

“Reuters”: “Səudiyyə Ərəbistanı Rusiya yanacağının idxalını iki dəfə artırıb” 2022-ci ilin aprel-iyun ayları ərzində Səudiyyə Ərəbistanının Rusiya yanacağı idxalının həcmi 2021-ci ilin eyni göstəricisindən iki dəfədən çox artıb.
Digər ölkələr
14 iyul 2022 18:45
“Reuters”: “Səudiyyə Ərəbistanı Rusiya yanacağının idxalını iki dəfə artırıb”

2022-ci ilin aprel-iyun ayları ərzində Səudiyyə Ərəbistanının Rusiya yanacağı idxalının həcmi 2021-ci ilin eyni göstəricisindən iki dəfədən çox artıb.

“Report” xəbər verir ki, bu barədə bazar məlumatlarına və treyderlərin şərhlərinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Belə ki, 2021-ci ilin aprel-iyun aylarında krallıq Rusiyadan 320 min tona yaxın yanacaq idxal edib. 2022-ci ildə bu rəqəm 647 min ton təşkil edib. “Reuters” qeyd edir ki, hər iki ölkənin Energetika Nazirliyi belə artımla bağlı şərh verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi