"Reuters": ABŞ bu həftə İrana qarşı əlavə sanksiyalar tətbiq edə bilər

"Reuters": ABŞ bu həftə İrana qarşı əlavə sanksiyalar tətbiq edə bilər Sanksiyalar bu yaxınlarda İranda ballistik raketin sınaqdan keçirilməsinə cavab kimi qəbul ediləcək
Digər ölkələr
3 Fevral , 2017 00:35
Reuters: ABŞ bu həftə İrana qarşı əlavə sanksiyalar tətbiq edə bilər

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ bu həftə İrana qarşı əlavə sanksiyalar tətbiq etmək istəyir.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Məlumata görə, sanksiyalar artıq cümə günü tətbiq edilə bilər. Güman edilir ki, sanksiyalar 25 İran vətəndaşına aid olacaq. Bununla yanaşı, terrorçuluğa dəstək verməkdə ittiham edilən 8 təşkilatı da əhatə edəcək.

Agentlik vurğulayıb ki, növbəti sanksiyalar bu yaxınlarda İranda ballistik raketin sınaqdan keçirilməsinə cavab kimi qəbul ediləcək. 

Son xəbərlər

Orphus sistemi