Rəsmi Seul Pxenyanı yeni strateji silahı sınaqdan keçirməməyə çağırıb

Rəsmi Seul Pxenyanı yeni strateji silahı sınaqdan keçirməməyə çağırıb Cənubi Koreyanın Birləşmə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen Inın barəsində danışdığı yeni strateji silahın nümayişi ilə bağlı KXDR-ə xəbərdarlıq edib.
Digər ölkələr
1 Yanvar , 2020 10:58
Rəsmi Seul Pxenyanı yeni strateji silahı sınaqdan keçirməməyə çağırıb

Cənubi Koreyanın Birləşmə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen Inın barəsində danışdığı yeni strateji silahın nümayişi ilə bağlı KXDR-ə xəbərdarlıq edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"Cənubi Koreya hökuməti hesab edir ki, əgər Şimal (KXDR-red) yeni silahın nümayişini həyata keçirsə, onda bu, Koreya yarımadasında sülhün yaranması üzrə nüvəsizləşdirmə və səylər haqqında danışıqlara imkan yaratmayacaq. Hökumət Şimali Koreya ilə ABŞ arasında dialoqun mümkün qədər tez başlayacağına, Sinqapurdakı sammitdən sonra birgə bəyannamənin müddəalarının eyni vaxtda və qarşılıqlı şəkildə yerinə yetirilməsi nəticəsində həqiqi irəliləyişə səbəb olacağına ümid edir", - deyə Birləşmə Nazirliyinin nümayəndəsi Li San Min bildirib.

Daha əvvəl Kim Çen In mərkəzi komitənin plenumunun nəticəsinə əsasən bildirib ki, ABŞ-ın Koreya Xalq Demokratik Respublikası ilə bağlı düşmən siyasəti aradan qaldırılmayınca strateji silahın hazırlanması davam etdiriləcək və tezliklə yeni strateji silah təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi