Yuxarı
    Bağlamaq

    Rəsmi Seul Pxenyana hərbi danışıqların bərpa olunmasını təklif edib

    Əgər Pxenyan təklifə razılıq, danışıqlar iki dövlət arasında demilitarizasiya zonasında keçiriləcək© BBC.com

    Bakı. 17 iyul. REPORT.AZ/ Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasına Koreya yarımadasında gərginliyin azaldılması üçün hərbi nümayəndələr arasında danışıqların aparılmasını təklif edib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, iki ölkə arasında dialoqun bərpası ideyasını Cənubi Koreya prezidenti Mun Çje İn Almaniyaya səfəri zamanı irəli sürüb.

    Əgər rəsmi Pxenyan təklifə müsbət cavab versə, danışıqlar iki dövlət arasında demilitarizasiya zonasında keçiriləcək.

    Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, KXDR tərəfindən müsbət cavaba ümid edirlər.

    Ehtimal olunur ki, hərbi danışıqlar iyulun 21-də keçiriləcək. Rəsmi Seul həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə dialoqu bərpa etmək təklifini irəli sürüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi