Rəsmi Bağdad Fars körfəzində saxlanılan tankerin İraqa məxsusluğunu təkzib edib

Rəsmi Bağdad Fars körfəzində saxlanılan tankerin İraqa məxsusluğunu təkzib edib Fars körfəzində saxlanılan neft tankerinin İraqa məxsus olması barədə məlumat həqiqətə uyğun deyil.
Digər ölkələr
5 Avqust , 2019 02:11
Rəsmi Bağdad Fars körfəzində saxlanılan tankerin İraqa məxsusluğunu təkzib edib

Fars körfəzində saxlanılan neft tankerinin İraqa məxsus olması barədə məlumat həqiqətə uyğun deyil.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" agentliyi, İraqın nəqliyyat nazirliyinin bəyanatına istinadən bildirib.

Bundan əvvəl, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hərbçiləri Fars körfəzində xarici neft tankerini saxlayıblar. Tehrandan bildiriblər ki, gəmidə, ərəb ölkələri üçün nəzərdə tutulmuş 700 min litr qaçaqmal yanacağı olub.

Sonradan, İİKK, Fars körfəzində saxladığı tankerin İraqa məxsus olduğu barədə məlumat yayıb.

Qeyd olunurdu ki, gəmi, İranın Buşehr vilayətinə yönəldilib. Göyərtədə olan 7 ekipaj üzvü saxlanılıb.

Son xəbərlər

Orphus sistemi