Yuxarı
    Bağlamaq

    Reks Tillerson: “Moskvada Rusiya ilə ABŞ arasında başlayan danışıqlar Vaşinqtonda davam edir”

    Bu görüşdən sonra ABŞ Prezidenti Donald Trampla görüşmək üçün rusiyalı nazir Ağ evə gedib

    Bakı. 10 may. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Vaşinqtonda görüşü başa çatıb.

    “Report” xəbər verir ki, bu barədə RİA "Novosti” məlumat yayıb.

    “Moskvada Rusiya ilə ABŞ arasında başlayan danışıqlar Vaşinqtonda davam edir”,- Reks Tillerson bildirib.

    Diplomatlar Suriya, Ukrayna və Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.

    Bu görüşdən sonra ABŞ Prezidenti Donald Trampla görüşmək üçün rusiyalı nazir Ağ evə gedib.

    Qeyd edək ki, R.Tillersonla S.Lavrov arasındakı əvvəlki görüş bu ilin aprelində Moskvada keçirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi