Tillerson İranı ABŞ üçün ciddi təhlükə adlandırıb

Tillerson İranı ABŞ üçün ciddi təhlükə adlandırıb "ABŞ İranı terrorizmin sponsoru hesab edir"
Digər ölkələr
28 Aprel , 2017 02:59
Tillerson İranı ABŞ üçün ciddi təhlükə adlandırıb

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson İranı ABŞ, həmçinin regionun sabitliyi üçün ciddi təhlükə hesab edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, İslam Respublikasını terrorizmin sponsoru adlandırıb.

"İran hazırda ABŞ və regionun stabilliyi üçün ciddi təhlükədir", - deyə Tillerson bildirib.

O, Ağ evin Dövlət Departamentinə İranla bağlı daha sərt mövqe formalaşdırmaqla bağlı təzyiq göstərdiyinin nə dərəcədə həqiqətə uyğun olub-olmadığına dair suala belə cavab verib:

"Ağ ev belə hesab edirdi ki, İran haqqında təkcə ümumi fəaliyyət planı kontekstində düşünmək olmaz və mən bununla razıyam".

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı olan bütün kompleks iradlarını nəzərə almaq lazımdır, nəinki nüvə sövdələşməsini. O, xatırladıb ki, ABŞ İranı terrorizmin sponsoru hesab edir və ballistik raketlərin istehsalı proqramı üzrə proqram da daxil olmaqla digər sanksiyalar tətbiq etdi.

Son xəbərlər

Orphus sistemi