Reks Tillerson: "ABŞ Suriyanın gələcəyi ilə bağlı siyasi prosesi Cenevrədə başladacaq"

Reks Tillerson: "ABŞ Suriyanın gələcəyi ilə bağlı siyasi prosesi Cenevrədə başladacaq" ABŞ dövlət katibi: "Prezident Donald Tramp qəti tədbirlər görməyə hazırdır"
Digər ölkələr
7 Aprel , 2017 09:50
Reks Tillerson: ABŞ Suriyanın gələcəyi ilə bağlı siyasi prosesi Cenevrədə başladacaq

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ Cenevrə formatı çərçivəsində Suriyada idarəetmə strukturu ilə bağlı ölkənin gələcəyinin müəyyənləşməsi üzrə siyasi prosesi başladacaq.

"Report" "KSL 5 TV" telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib.

R,Tillerson qeyd edib ki, ABŞ-ın Suriyaya zərbə endirməsi Birləşmiş Ştatlar prezidenti Donald Trampın qəti tədbirlər görməyə hazır olmasından xəbər verir.

Xatırladaq ki, aprelin 7-nə keçən gecə ABŞ 50-dən çox qanadlı raket buraxmaqla Suriyanın Homs bölgəsindəki bazaya zərbələr endirib.

D.Tramp Suriyaya zərbə endirməyin ABŞ-ın milli təhlükəsizliyi üçün həyati vacib olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi