İraq Milli Təhlükəsizlik Şurası: "Referendum"u keçirənlərə qarşı hüquqi addımlar atılacaq"

İraq Milli Təhlükəsizlik Şurası: "Referendum"u keçirənlərə qarşı hüquqi addımlar atılacaq" Bölgədəki hökumətlə neft ixracatı da daxil olmaqla bütün ticarət əlaqələrinin dayandırılması istənilib
Digər ölkələr
9 Oktyabr , 2017 16:40
İraq Milli Təhlükəsizlik Şurası: Referendumu keçirənlərə qarşı hüquqi addımlar atılacaq

Bakı. 9 oktyabr. REPORT.AZ/ İraqın şimalında qanunsuz referendum keçirən məmurların kimliyi müəyyənləşib və onlara qarşı hüquqi addımlar atılacaq.

“Report” "Haberturk"ə istinadən xəbər verir ki, bu barədə İraq Milli Təhlükəsizlik Şurasının yazılı açıqlamasında vurğulanıb.

Şura İraqın baş naziri Heydər əl-İbadinin sədrliyi ilə keçib.

Xəbərdə bildirilib ki, İraqın şimalından ixrac edilən neftdən gələn gəlirləri bank hesablarına köçürən bölgədəki məmurların hesablarına həbs qoyulacaq: “Bu addımlar və qəbul olunacaq qərarlar əsasında İraqın gəlirlərinin geri qaytarılması və korrupsiya ilə məşğul olanların təqibi davam edəcək”.

Sənədə görə, İraq mərkəzi hakimiyyəti İran və Türkiyədən ölkənin şimalı ilə sərhəddə yerləşən bütün keçid-buraxılış məntəqələrinin bağlanması, İraqın şimalındakı hökumətlə neft ixracatı da daxil olmaqla bütün ticarət əlaqələrinin dayandırılması, bu istiqamətdə Bağdadla birgə fəaliyyət göstərilməsi istənilib. 

Son xəbərlər

Orphus sistemi