Rəcəb Tayib Ərdoğan: "Türkiyə ilk dəfə Aİ və NATO üzvü olan ölkəyə dron tədarük edəcək"

Rəcəb Tayib Ərdoğan: "Türkiyə ilk dəfə Aİ və NATO üzvü olan ölkəyə dron tədarük edəcək" “Türkiyə tarixində ilk dəfədir ki, NATO və Avropa İttifaqına üzv ölkəyə pilotsuz uçuş aparatı ixrac etməkdədir”
Digər ölkələr
24 May , 2021 20:55
Rəcəb Tayib Ərdoğan: Türkiyə ilk dəfə Aİ və NATO üzvü olan ölkəyə dron tədarük edəcək

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ilə Ankarada rəsmi səfərdə olan Polşa prezidenti Ancey Duda arasında görüş olub. Rəsmi sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransı keçirilib.

“Report” AA-ya istinadən xəbər verir ki, Türkiyə lideri Polşaya “Bayraktar TB2” hərbi dronların ixracından bəhs edərək bildirib: “Türkiyə tarixində ilk dəfədir ki, NATO və Avropa İttifaqına üzv ölkəyə pilotsuz uçuş aparatı ixrac etməkdədir”.

Həmçinin NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi Missiyası çərçivəsində Türkiyə Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin yaxın vaxtda Polşaya göndəriləcəyini qeyd edən Ərdoğan vurğulayıb:

“NATO-nun Türkiyəyə uyğun etimad tədbirləri çərçivəsində Polşa tərəfindən İncirlik bazamıza dəniz keşik təyyarəsi və hərbi heyət göndərilməsini məmnuniyyətlə qarşılayırıq”.

Son xəbərlər

Orphus sistemi