Bakı. 21 dekabr. REPORT.AZ/ Kuba prezidenti Raul Kastro ABŞ prezidenti Barak Obamanın Kuba ilə diplomatik əlaqələrin bərpası qərarını alqışlasa da, bunun Kubada kommunist rejiminin sona çatması demək olmadığını bildirib.
"Report" Amerikanın Səsi-nə istinadla xəbər verir ki, Kubanın Milli Assambleyasında çıxış edən dövlət başçısı gələn ay Havanaya səfər edəcək Amerika rəsmiləri ilə geniş əhatəli məsələlərin müzakirəsinə hazır olduğunu deyib.
Raul Kastro aprel ayında Panamada keçiriləcək Ameritka sammitində iştirak edəcəyini təsdiqləyib.
Kuba prezidenti ölkəsində kommunizmin çiçəklənməsi üçün iqtisadi islahatlar proqramını sürətləndirəcəyini, lakin bunun tədricən həyata keçiriləcəyini bildirib.
Kastro çıxışını “Yaşasın Fedel” deyə bitirib.