Yuxarı

Ramzan Kadırov: "Qroznıdakı Mətbuat evində altı terrorçu öldürülüb"

Şəhərdə əks-terror əməliyyat rejimi elan olunub

Bakı. 4 dekabr. REPORT.AZ/ Qroznıdakı Mətbuat Evində təcrid olunan altı terrorist öldürülüb, əməliyyat son mərhələdədir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın prezidenti Ramzan Kadırov bəyan edib. 

Bir müddət əvvəl hüquq-mühafizə orqanlarından "RİA Novosti"yə bildiriblər ki, qanunsuz silahlı dəstənin olduğu avtomobili saxlamaq istəyərkən üç polis həlak olub. Yaraqlılar Qroznı şəhərinin mərkəzində yerləşən Mətbuat Evində gizləniblər. Milli Antiterror Komitəsi terrorçuların təcrid olunması və hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşının ölüm faktını təsdiqləyib. Şəhərin mərkəzində əks-terror əməliyyat rejimi elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi