Ramiz Ələkbərov: “Əfqanıstanda 6 milyon insan qida çatışmazlığı ilə üzləşib”

Ramiz Ələkbərov: “Əfqanıstanda 6 milyon insan qida çatışmazlığı ilə üzləşib” “Əfqanıstanda təxminən 6 milyon insan qida çatışmazlığı ilə üzləşib”.
Digər ölkələr
1 Dekabr , 2022 03:45
Ramiz Ələkbərov: “Əfqanıstanda 6 milyon insan qida çatışmazlığı ilə üzləşib”

“Əfqanıstanda təxminən 6 milyon insan qida çatışmazlığı ilə üzləşib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əfqanıstanda iqtisadi sarsıntılar ciddi humanitar ehtiyaclara səbəb olub:

“Biz bütün il maliyyə yardımı üçün mübarizə apardıq. Bu, beşinci mərhələyə keçməzdən əvvəlki mərhələdir və beçinci mərhələ fəlakətli aclıq mərhələsidir. Beləliklə, 6 milyon əfqan fəlakətli aclığın sərhəd xəttinə yaxınlaşır”.

R.Ələkbərov deyib ki, havaların soyuması ölkədə vəziyyəti daha da çətinləşdirib:

“Ölkənin bəzi yerlərində qış fəsli yaxınlaşır, temperatur mənfi 25 dərəcəyə çatır. Bizə qışa hazırlıq tədbirlərini dəstəkləmək üçün 768 milyon dollar lazımdır, ilin sonuna qədər isə 614 milyon dollar tələb olunur. Hesablamalarımıza görə gələn il əhalinin üçdə ikisinin - 28 milyondan çox insanın humanitar yardıma ehtiyacı olacaq”.

Son xəbərlər

Orphus sistemi