Yuxarı

​Ramazan ayında Suriyada 5 mindən artıq adam öldürülüb

İyunun 18-dən iyulun 16-dək ölkədə həlak olanların ümumi sayı 5,026 nəfər təşkil edib

Bakı. 18 iyul. REPORT.AZ/ Müqəddəs Ramazan ayı ərzində Suriyada gedən döyüşlərdə 5 mindən artıq insan həlak olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Şurasının (SİHMŞ) məlumatında bildirilib.

Məlumata əsasən, ölənlərin ən azı 1220 nəfəri dinc əhali olub. İyunun 18-dən iyulun 16-dək ölkədə həlak olanların ümumi sayı 5,026 nəfər təşkil edir.

Suriya 2011-ci ilin martından bu günə kimi vətəndaş müharibəsi alovundadır. Dəməşq "İŞID" qruplaşması da daxil olmaqla, müxtəlif istiqamətlərdə hökumətə qarşı müharibə aparan qüvvələrə qarşı vuruşur. 

BMT-nin hesablamalarına görə, münaqişə nəticəsində 220 min nəfərdən artıq insan öldürülüb, 11 milyondan çox adam qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi