Rakka şəhərinin azad edilməsi zamanı 173 dinc sakin həlak olub

Rakka şəhərinin azad edilməsi zamanı 173 dinc sakin həlak olub Bununla bağlı BMT-nin İnsan Hüquqları üzə Ali komissarının İdarəsinin bəyanatında bildirilir
Digər ölkələr
29 İyun , 2017 02:45
Rakka şəhərinin azad edilməsi zamanı 173 dinc sakin həlak olub

Bakı. 29 iyun. REPORT.AZ/ İyunun 1-dən Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi məqsədilə keçirilən hava və quru hücumları zamanı 173 dinc sakin həlak olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı BMT-nin İnsan Hüquqları üzə Ali komissarının İdarəsinin bəyanatında bildirilir.

"BMT-nin İnsan Hüquqları üzə Ali komissarının İdarəsinin məlumatına görə, iyunun 1-dən 173 mülki sakin hava və yer zərbələrinin qurbanı olub. Bu, təxmini qiymətləndirmədir və ölənlərin real sayı xeyli yüksək ola bilər" – deyə bəyanatda bildirilir.

İdarədən qeyd ediblər ki, dinc sakinlərin şəhərdən çıxışı yolları bağlıdır. Çoxları qaçaqmalçılara, o cümlədən İŞİD üzvlərinə Rakkanı tərk etmək üçün pul ödəyirlər. Kim ki qaçmağa müvəffəq olur, çarpaz atəş altına və minaya düşmək riski ilə üzləşir. 

Son xəbərlər

Orphus sistemi