“Radio Svaboda” Konqresdən xəbərsiz 14 milyon dollar xərcləyib

“Radio Svaboda” Konqresdən xəbərsiz 14 milyon dollar xərcləyib “Radio Svaboda”nın Kiyev bürosunda maliyyə məsulunun adına imzalanmış üç boş qəbz aşkar edilib
Digər ölkələr
30 may 2017 16:06
“Radio Svaboda” Konqresdən xəbərsiz 14 milyon dollar xərcləyib

Bakı. 30 may. REPORT.AZ/ “Radio Svaboda”nın fəaliyyətində pozuntular aşkar edilib.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Baş Müfəttişliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, daxili kompüterlər şəbəkəsi kifayət qədər mühafizə edilməyib. Konqresin Xarici Yayım İdarəsi Şurası ilə razılaşdırılmadan 14 milyon dollar məbləğində 11 müqavilə imzalanıb.

“Radio Svaboda”nın Kiyev bürosunda maliyyə məsulunun adına imzalanmış üç boş qəbz aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi