Qvradiyaçılar Kataloniyada 10 milyon səsvermə bülleteni müsadirə edib

Qvradiyaçılar Kataloniyada 10 milyon səsvermə bülleteni müsadirə edib Hüquq-mühafizə orqanının əməkdaşları mətbəənin iki işçisini tutub
Digər ölkələr
20 Sentyabr , 2017 16:18
Qvradiyaçılar Kataloniyada 10 milyon səsvermə bülleteni müsadirə edib

Bakı. 20 sentyabr. REPORT.AZ/ İspaniyanın vətəndaş qvardiyası sentyabrın 20-də Kataloniyanın “müstəqilliyi haqqında” referendumuna aid 10 milyona yaxın səsvermə bülletenini müsadirə edib.

“Report” xəbər verir ki, bu haqda yerli “El Periodico” qəzeti məlumat yayıb.

İnformasiyaya əsasən, bu bülletenlər Kataloniyanın Biqes-i-Riels yaşayış məntəqəsindəki mətbəədə keçirilən axtarış zamanı aşkar edilib. Hüquq-mühafizə orqanının əməkdaşları mətbəənin iki işçisini tutub.

Məlumata görə, bir müddət əvvəl qvardiyaçıların Kataloniya hökumətinin bir neçə departamentində keçirdiyi axtarış-əməliyyat tədbiri nəticəsində 12 nəfər, o cümlədən iqtisadiyyat və vergi idarələrinin başçılarını tutublar.

Qeyd edək ki, Kataloniya hökuməti oktyabrın 1-də “müstəqillik haqqında” referendum keçirməyi planlaşdırıb. Rəsmi Madrid əyalətin bu tədbirinin İspaniya Konstitusiyasına zidd olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi