​Qvineyada avtobus qəzası nəticəsində 15 nəfər ölüb

​Qvineyada avtobus qəzası nəticəsində 15 nəfər ölüb İnsident sürət həddini aşma səbəbindən baş verib
Digər ölkələr
11 Fevral , 2016 06:28
​Qvineyada avtobus qəzası nəticəsində 15 nəfər ölüb

Bakı. 11 fevral. REPORT.AZ/ Qvineyanın cənub-şərqində yerləşən Masenta perfekturasının Bofossu şəhərində sərnişin avtobusu və hərbi yük maşınının toqquşması nəticəsində ən azı 15 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Frans Press" məlumat yayıb.

İnsident nəticəsində 15 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

"İlkin məlumatlara görə, hadisə sürət həddini aşma və avtobusun əyləc sisteminin nasaz olması səbəbindən baş verib", — deyə yerli hakimiyyətin bəyanatında bildirilir.

Son xəbərlər

Orphus sistemi