Qvatemalada vulkan təhlükəsi səbəbindən 330 nəfər təxliyə edilib

Qvatemalada vulkan təhlükəsi səbəbindən 330 nəfər təxliyə edilib Fueqo vulkanı sonuncu dəfə cari ilin fevralında püskürüb
Digər ölkələr
6 May , 2017 02:32
Qvatemalada vulkan təhlükəsi səbəbindən 330 nəfər təxliyə edilib

Bakı. 6 may. REPORT.AZ/ Qvatemalanın Mülki Müdafiə Xidməti Fueqo vulkanının püskürə bilmə ehtimalı səbəbindən 300-dən çox insanı təxliyə edib və narıncı təhlükə səviyyəsi elan olunub.

"Report" EFE agentliyinə istinadən xəbər verir ki, narıncı təhlükə səviyyəsi Eskuintla, Çimantenanqlo və Sakatepekez bələdiyyələrinə şamil edilib.

Eskuintlada Santa-Lusiya-Kotsumalquapa rayonundan təqribən 330 sakin köçürülüb.

Bildirilir ki, 10 təhsil müəssisəsində dərslər təxirə salınıb.

Ölkənin üç aktiv vulkanından biri olan Fueqo eyniadlı paytaxtdan 45 km. aralıda yerləşir. Fueqo vulkanı sonuncu dəfə cari ilin fevralında püskürüb.

Son xəbərlər

Orphus sistemi