Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB Ölkədə "qırmızı" təhlükə səviyyəsi elan olunub
Digər ölkələr
4 İyun , 2018 07:45
Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 4 iyun. REPORT.AZ/ Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 296 nəfər xəsarət alıb, həmçinin 20-yə yaxın şəxs itkin düşüb.

Bildirilir ki, vulkana yaxın yaşayış məntəqələrindən azı 2 min nəfər təxliyyə edilib.

Ölkənin bir neçə yaşayış məntəqəsində "qırmızı" təhlükə səviyyəsi elan olunub.

Ən yüksək təhlükə səviyyəsi Eskintla, Alotenanqo, Sakatepekes, Yepokapa və Çimaltenanqo şəhərlərində qüvvədədir.

Bütün ölkə ərazisində isə "narıncı" təhlükə səviyyəsi elan edilib.

Təbii fəlakət, ilkin məlumatlara görə, təqribən 1,7 milyon insana toxunub.


***03:38

Bakı. 4 iyun. REPORT.AZ/ Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində 6 nəfər ölüb, daha 20-si yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Reuters" məlumat yayıb.

Təbii fəlakətlə əlaqədar olaraq paytaxt Auroradakı aeroport bağlanıb, təqribən 100 nəfər təxliyyə edilib.

Məlumata görə, şimal-şərq küləyi şəhər ərazisinə kül gətirir.

Hündürlüyü 3,7 km olan Fueqo Mərkəzi Amerika respublikası ərazisində ən fəal vulkanlar sırasına daxildir.

Son xəbərlər

Orphus sistemi