Yuxarı
    Bağlamaq

    Qvatemalada uşaq sığınacağındakı yanğınla əlaqədar bir neçə sabiq məmur həbs edilib

    Həbs edilənlər arasında sığınacağın keçmiş rəhbəri də var© Courtesy İmage

    Bakı. 14 mart. REPORT.AZ/ Qvatemalada uşaq sığınacağındakı (reabilitasiya mərkəzi – "Report") yanğın hadisəsi ila əlaqədar həbslər başlayıb.

    "Report" "Prensa Libre"yə istinadən xəbər verir ki, təhqiqat prosesi çərçivəsində üç sabiq məmur həbs olunub.

    Həbs edilənlər Sosial Rifah Agentliyinin keçmiş rəhbəri Karlos Antonio Rodas, onun uşaqlar və yeniyetmələr üzrə sabiq müavini Anai Keller, habelə sığınacağın keçmiş rəhbəri Santos Torres Ramiresdir. Onlara qarşı yetkinlik yaşına çatmayanların ölümü, səhlənkarlıq və qəddar rəftarla bağlı ittihamlar irəli sürülüb.

    Qeyd edək ki, reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı 40 yeniyetmə ölüb. Hazırda xəstəxanada daha bir neçə yaralı var. Onlardan 10-un vəziyyəti ağırdır.

    Xatırladaq ki, yanğın paytaxt yaxınlığında, ailə zorakılıqları ilə üzləşmiş uşaqların olduğu mərkəzdə, martın 8-də baş verib. Hadisə zamanı uşaqlarla yanaşı mərkəzin bir neçə işçisi də müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi