Qvatemalada sürüşmə zonasında ölənlərin sayı 200 nəfəri keçib

Qvatemalada sürüşmə zonasında ölənlərin sayı 200 nəfəri keçib Daha 300 insan itkin hesab olunur
Digər ölkələr
8 Oktyabr , 2015 04:10
Qvatemalada sürüşmə zonasında ölənlərin sayı 200 nəfəri keçib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Qvatemalanın cənub-şərqindəki Santa-Katarina-Pinula şəhərində sürüşmə nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə rəsmiləri məlumat yayıb.

Təbii fəlakət nəticəsində torpaq altında qalan 125 evin daha 300 sakininin taleyi məlum deyil.

Yüzlərlə insanın cəlb olunduğu xilasetmə əməliyyatı davam edib.

Son xəbərlər

Orphus sistemi