Bakı. 8 fevral. REPORT.AZ/ Qvatemalada Fueqo vulkanı püskürməyə başlayıb.
“Report” xəbər verir ki, paytaxt Qvatemaladan 40 km cənub-qərbdə, 3763 metr hündürlükdə yerləşən vulkan havaya kül, qaz və daş püskürür.
Qvatemalanın təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə əlaqələndirmə xidmətinin nümayəndəsi David de Leonun sözlərinə görə, bütün müvafiq müəssisələr tədbir görməyə başlayıblar, lakin yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisinin təxliyə edilməsi barədə xəbərdarlıq olunmayıb.
Paytaxtın beynəlxalq hava limanı uçuş-eniş zolaqlarına çoxlu sayda kül düşməsi səbəbindən bağlanıb.