Qvatemalada avtobusda partlayış nəticəsində 6 nəfər yaralanıb

Qvatemalada avtobusda partlayış nəticəsində 6 nəfər yaralanıb Bakı. 22 yanvar. REPORT.AZ/ Bazar ertəsi Qvatemalanın eyniadlı paytaxtında sərnişin avtobusunun salonunda partlayıcı qurğu işə düşüb. Nəticədə 6 nəfər yaralanıb.
Digər ölkələr
22 Yanvar , 2019 05:17
Qvatemalada avtobusda partlayış nəticəsində 6 nəfər yaralanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bazar ertəsi Qvatemalanın eyniadlı paytaxtında sərnişin avtobusunun salonunda partlayıcı qurğu işə düşüb. Nəticədə 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin milli mülki polisi məlumat yayıb.

İlkin məlumata görə, daha çox partlayıcı qurğunu işə salan 19 yaşlı qız zərər çəkib.

"Prensa Libre" portalı qeyd edir ki, çox güman o, sürücünü qorxudaraq onun pullarını əlindən almaq istəyib və partlayış təsadüfən olub.

Bununla belə yerli polis qızın hansısa cinayətkar qruplaşmaya aid olub-olmadığını hələ müəyyən etməyib. Hazırda yaralı xəstəxanadadır və o, hər iki qolunu itirib.

Son xəbərlər

Orphus sistemi