Mərkəzi Amerika ölkəsi olan Qvatemalada yağan leysan yağışlar daşqınlara səbəb olub, sel nəticəsində 6 nəfər ölüb, daha 13 nəfər itkin düşüb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, sel nəticəsində 6 evi su basıb.
Ölənlər arasında bir azyaşlı da var.
Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir.