Qvatemalada 6,8 bal gücündə zəlzələ olub

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub Dağıntı və itkilər barədə məlumat yayılmayıb
Digər ölkələr
22 İyun , 2017 17:29
Qvatemalada 6,8 bal gücündə zəlzələ olub

Bakı. 22 iyun. REPORT.AZ/ Sakit okeanın Qvatemala sahillərində 6,8 bal gücündə zəlzələ olub.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, məlumatı ABŞ Geoloji Xidməti yayıb.

İnformasiyaya əsasən, yeraltı təkanların ocağı Puerto-San-Xose şəhərindən 38 km cənub-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib.

Dağıntı və itkilər barədə məlumat yayılmayıb.

Qeyd edək ki, ötən həftə Qvatemalada baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində azı 5 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi