Qvatemala Venesuela ilə diplomatik əlaqələri kəsib

Qvatemala Venesuela ilə diplomatik əlaqələri kəsib Qvatemalanın yeni prezidenti Alexandro Qiammattey verdiyi vədi yerinə yetirərək Venesuela ilə diplomatik əlaqələrin kəsilməsi barədə göstəriş verib.
Digər ölkələr
17 Yanvar , 2020 05:27
Qvatemala Venesuela ilə diplomatik əlaqələri kəsib

Qvatemalanın yeni prezidenti Alexandro Qiammattey verdiyi vədi yerinə yetirərək Venesuela ilə diplomatik əlaqələrin kəsilməsi barədə göstəriş verib. 

“Report” xəbər verir ki, bu barədə “AGN” agentliyi məlumat yayıb.

“Xarici işlər nazirinə göstəriş verildi ki, Venesuela səfirliyində qalan yeganə şəxs də onu tərk etsin və biz Venesuela hökuməti ilə diplomatik münasibətləri dayandırırıq. Səfirliyi də bağlayacağıq”, deyə agentlik Qvatemala prezidentinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, ötən ilin noyabrında Alexandro Qiammattey, 2020-ci ilin yanvarında andiçmə mərasimindən sonra Venesuela ilə diplomatik münasibətlərin dayandırılacağını elan etmişdi. Andiçmə mərasimi cari ilin 14 yanvar tarixində baş tutub. 

Son xəbərlər

Orphus sistemi