Qvatemala Prezidentinə qarşı silahlı hücum olub, yaralılar var

Qvatemala Prezidentinə qarşı silahlı hücum olub, yaralılar var Qvatemalanın şimal-qərbindəki Uehuetenanqo departamentində ölkə Prezidenti Alexandro Cammatteinin də olduğu nümayəndə heyətinə silahlı hücum nəticəsində bir neçə nəfər yaralanıb.
Digər ölkələr
31 İyul , 2022 02:14
Qvatemala Prezidentinə qarşı silahlı hücum olub, yaralılar var

Qvatemalanın şimal-qərbindəki Uehuetenanqo departamentində ölkə Prezidenti Alexandro Cammatteinin də olduğu nümayəndə heyətinə silahlı hücum nəticəsində bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Sonora radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, silahlı hücumda dövlət başçısı xəsarət almayıb. Rəsmi şəxsləri qoruyan hərbçilər hücum edənlərdən birini yaralayıb. İlkin məlumatlara görə, o, Meksika vətəndaşıdır.

Cinayətkarların bəziləri Meksika ərazisinə qaçıb. Qonşu ölkənin hərbçiləri azı dörd qvatemalını saxlayıblar.

Son xəbərlər

Orphus sistemi