Quterriş Yəmənin bombalanmasını dayandırmağa çağırıb

Quterriş Yəmənin bombalanmasını dayandırmağa çağırıb O, münaqişənin hərbi yolla həlli variantının olmadığını bildirib
Digər ölkələr
4 Dekabr , 2017 02:40
Quterriş Yəmənin bombalanmasını dayandırmağa çağırıb

Bakı. 4 dekabr. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quterriş Yəmənin bombardımanına son qoymağa çağırıb. O, əhaliyə yardım göstərilməsinə imkan vermələri üçün toqquşmaları dayandırmaq çağırışı ilə münaqişə tərəflərinə müraciət edib.

“Report” xəbər verir ki, bu barədə baş katibin nümayəndəsi Stefan Düjarrikə istinadən TASS məlumat yayıb.

"Baş katib bütün münaqişə tərəflərini hava və yer əməliyyatlarını dayandırmağa çağırır", — deyə bəyanatda bildirilir.

BMT-də həmçinin tərəfləri təşkilat ilə dialoqa başlamağa çağırış edilib, o cümlədən münaqişənin hərbi yolla həlli variantının olmadığını bildirilir.

Son xəbərlər

Orphus sistemi