Quterriş Livanda BMT sülhməramlılarının yaralanmasına səbəb olan partlayışı pisləyib

Quterriş Livanda BMT sülhməramlılarının yaralanmasına səbəb olan partlayışı pisləyib BMT-nin Baş katibi Antoniu Quterriş Livanın cənubunda təşkilatın sülhməramlılarından dördünün yaralanmasına səbəb olan partlayışı pisləyib. Livan hücumda İsraili günahlandırsa da, Təl-Əviv ittihamları rədd edir.
Digər ölkələr
31 Mart , 2024 06:58
Quterriş Livanda BMT sülhməramlılarının yaralanmasına səbəb olan partlayışı pisləyib

BMT-nin Baş katibi Antoniu Quterriş Livanın cənubunda təşkilatın sülhməramlılarından dördünün yaralanmasına səbəb olan partlayışı pisləyib. Livan hücumda İsraili günahlandırsa da, Təl-Əviv ittihamları rədd edir.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Martın 30-da günortadan sonra BMT-nin dörd hərbi müşahidəçisi yaxınlıqda mərmi partlaması nəticəsində yaralanıb. BMT-nin atəşkəsə nəzarət orqanı (UNTSO) atəşin mənbəyini müəyyən etməyib.

“Reuters”in adı açıqlanmayan iki təhlükəsizlik mənbəsi zərbəyə görə İsraili günahlandırıb. Onların sözlərinə görə, insident Livanın cənubundakı Rmeyş şəhərinin sərhədindən kənarda baş verib. Zərbə zamanı maşında BMT-nin üç texniki müşahidəçisi və bir livanlı tərcüməçi olub.

Quterrişin ofisi Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) tərəfindən araşdırmanın davam etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi