Antoniu Quterriş: “BMT TŞ sammiti münasibətlərin qurulmasına kömək edə bilər”

Antoniu Quterriş: “BMT TŞ sammiti münasibətlərin qurulmasına kömək edə bilər” "Supergüclər arasındakı parçalanma müxtəlif bölgələrdə sülhün pozulmasına gətirib çıxaran mərkəzdənqaçma qüvvələrinin təsirini artırır".
Digər ölkələr
28 Yanvar , 2021 11:19
Antoniu Quterriş: “BMT TŞ sammiti münasibətlərin qurulmasına kömək edə bilər”
Antonio Quterreş

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının beş daimi üzvünün (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çin) sammiti aparıcı güclər arasında son zamanlarda yararsız olan münasibətləri düzəltməyə kömək edə bilər.

“Report” xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Quterriş TASS-a müsahibəsində bildirib.

“Düşünürəm ki, aparıcı dünya gücləri arasındakı münasibətlər yararsız idi. Bu əlaqələrin daha yaxşı işləməsi çox vacibdir, bundan hamı faydalanacaq. Bu səbəbdən BMT TŞ-nin daimi üzvlərinin sammitinin keçirilməsi təşəbbüsünə müsbət gözləntilərlə yanaşırıq” – o deyib.

Eyni zamanda, baş katib qeyd edib ki, supergüclər arasındakı parçalanma müxtəlif bölgələrdə sülhün pozulmasına gətirib çıxaran mərkəzdənqaçma qüvvələrinin təsirini artırır.

Son xəbərlər

Orphus sistemi