Quterreş: "Rusiyanın Ukraynaya hücumu BMT nizamnaməsinin pozulmasıdır"

Quterreş: "Rusiyanın Ukraynaya hücumu BMT nizamnaməsinin pozulmasıdır" Rusiyanın Ukraynaya hücumu BMT nizamnaməsinin pozulmasıdır.
Digər ölkələr
29 Aprel , 2022 03:18
Quterreş: Rusiyanın Ukraynaya hücumu BMT nizamnaməsinin pozulmasıdır

Rusiyanın Ukraynaya hücumu BMT nizamnaməsinin pozulmasıdır.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş deyib.

“BMT-nin dəyərlərindən biri ərazi bütövlüyünə hörmətdir. Bu əsasdır”, - o, cümə axşamı Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirdiyi brifinqdə vurğulayıb.

Baş katib həmçinin etiraf edib ki, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli üçün əlindən gələn hər şeyi edə bilməyib.

“Biz təslim olmayacağıq. Biz güc tətbiq etməyə qarşı mübarizə aparacağıq”, - Quterreş vuğulayıb.

Son xəbərlər

Orphus sistemi