Quterreş: "Burkina Fasoda baş verənlər beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edir"

Quterreş: "Burkina Fasoda baş verənlər beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edir" “Təəssüf ki, bölgədə terror qrupları var və Burkina Fasoda baş verənlər beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edir”.
Digər ölkələr
26 Yanvar , 2022 01:05
Quterreş: Burkina Fasoda baş verənlər beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edir

“Təəssüf ki, bölgədə terror qrupları var və Burkina Fasoda baş verənlər beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quttereş Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Baş katib Burkina Fasoda baş vermiş dövlət çevrilişindən narahatlığını ifadə edib: “Hərbçilərin rolu hökumətə hücum etmək və hakimiyyət uğrunda mübarizə aparmaq deyil, öz ölkələrini və xalqlarını müdafiə etmək olmalıdır".

A.Quttereş sözügedən ölkədə tərəfləri dialoqa çağırıb: “Orduya müraciətim ondan ibarətdir ki, öz peşəkar rolunu öz üzərinə götürüb ölkələrini qorusun və demokratik təsisatları bərpa etsinlər”.

Qeyd edək ki, Burkina Faso Prezidenti Rok Mark Kristian Kabore son aylarda ölkənin silahlı qüvvələrin komandanlığında əsaslı dəyişikliklər edib. Eyni zamanda bir neçə hərbçi vəzifəsindən azad edilib. Bu isə ölkədə hərbi çevrilişə gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi