Ukraynanın Quru Qoşunlarının komandanı hərbi strategiyanın bəzi məqamlarını açıqlayıb

Ukraynanın Quru Qoşunlarının komandanı hərbi strategiyanın bəzi məqamlarını açıqlayıb Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə strategiyasının əsas məqamlarından biri təchizat məntəqələrinə davamlı zərbələrdir.
Digər ölkələr
24 oktyabr 2022 19:54
Ukraynanın Quru Qoşunlarının komandanı hərbi strategiyanın bəzi məqamlarını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə həyata keçirdiyi hərbi strategiyanın əsas məqamlarından biri təchizat məntəqələrinə davamlı zərbələrin endirilməsidir. 

"Report" xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski "ABC News" telekanalına müsahibəsində bildirib.

O deyib ki, Rusiyanın artilleriyada üstünlüyə malik olduğu toqquşmaların dəf edilməsi də hərbi strategiyada nəzərdə tutulur.

Komandanın sözlərinə görə, Ukrayna qüvvələri minimal itki ilə hədəfə çatmaq üçün mobil hücumlar həyata keçirir.

Son xəbərlər

Orphus sistemi