Quaydo Maduro hökumətini venesuelalıların soyqırımında ittiham edib

Quaydo Maduro hökumətini venesuelalıların soyqırımında ittiham edib Venesuela müxalifətinin lideri Xuan Quaydo prezident Nikolas Maduro administrasiyasını ölkə sakinlərinin kütləvi qırğınında ittiham edib.
Digər ölkələr
17 Aprel , 2019 01:51
Quaydo Maduro hökumətini venesuelalıların soyqırımında ittiham edib

Venesuela müxalifətinin lideri Xuan Quaydo prezident Nikolas Maduro administrasiyasını ölkə sakinlərinin kütləvi qırğınında ittiham edib. 

"Report" xəbər verir ki, bu barədə TVV-nin efirində bildirib.

Venesuela müxalifətinin lideri bildirib ki, hakimiyyət özü özünü yeddi milyon insanın həlak olmasında günahkar bilib.

Quaydonun sözlərinə görə, hökumət humanitar köməyi qəbul edib. Beləliklə, özünü insanların həlak olmasında təqsirkar tanıyıb.

"Onlar soyqırıma təhrik etdiklərini etiraf ediblər, hansı ki, nəticədə 7 milyon venesuelalı həlak oldu", - deyə Quaydo bildirib.

Müxalifət lideri əlavə edib ki, ölkə hakimiyyəti səhiyyə sistemini dağıdıb. 

Son xəbərlər

Orphus sistemi