İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirib

İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirib Bakı. 23 yanvar. REPORT.AZ/ İsrail aviasiyası Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.
Digər ölkələr
22 yanvar 2019 23:46
İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirib

Bakı. 23 yanvar. REPORT.AZ/ İsrail aviasiyası Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Al Arabiya" telekanalına istinadən yayılan məlumata görə, "İzzəddin əl-Kassam Briqadaları" qruplaşmasının (HƏMAS-ın sektora nəzarət edən hərbi qanadı) yerləşdiyi mövqe havadan basqına məruz qalıb. Ölənlərin olub-olmaması barədə məlumat verilmir.

Daha əvvəl bildirilirdi ki, İsrail ordusu sərhəddə iğtişaşlara cavab olaraq Qəzza zolağında HƏMAS-ın obyektlərinə iki zərbə endirib.

Son xəbərlər

Orphus sistemi