Mərkəzi Afrika Respublikasında altı illik müharibə başa çatıb

Mərkəzi Afrika Respublikasında altı illik müharibə başa çatıb Bakı. 3 fevral. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında (MAR) bir-birinə qarşı mübarizə aparan tərəflər – silahlı qruplaşma ilə hakimiyyət orqanları müharibəyə son qoyublar.
Digər ölkələr
3 Fevral , 2019 04:59
Mərkəzi Afrika Respublikasında altı illik müharibə başa çatıb

Bakı. 3 fevral. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında (MAR) bir-birinə qarşı mübarizə aparan tərəflər – silahlı qruplaşma ilə hakimiyyət orqanları müharibəyə son qoyublar.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, Mərkəzi Afrika Respublikasının hökuməti silahlı qruplaşma ilə razılaşmaya nail ola bilib.

"Bu, Mərkəzi Afrika Respublikası və onun xalqı üçün böyük gündür", - deyə Afrika İttifaqının komissarı Smail Şerqi bildirib.

Qeyd edək ki, müharibə 2013-cü ilin sonundan davam edirdi. Sülh müqaviləsinin son variantı fevralın 6-da imzalanacaq.

Daha əvvəl bildirilirdi ki, Mərkəzi Afrika Respublikasında atışma nəticəsində azı 37 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi