Bakı. 5 dekabr. REPORT.AZ/ Qroznıda aparılan anti-terror əməliyyatı zamanı 14 polis əməkdaşı həlak olub.
"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən TASS agentliyi məlumat yayıb.
"Anti-terror əməliyyatı zamanı 14 polis əməkdaşı həlak olub, onların dövlət mükafatı ilə təltif edilməsi məsələsinə baxılır", - deyə mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl 10 nəfərin öldüyü, 28 nəfərin isə yaralandığı xəbər verilmişdi.
Çeçenistan Respublikası rəhbəri Ramzan Kadırovun göstərişi ilə onların ailələrinə 1 milyon rub vəsait ayrılacaq.
Dekabrın 4-də Qroznıda Mətbuat evində gizlənən quldurların zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat aparılıb.