Yunanıstanda, 2 fevral tarixinə olan məlumata əsasən 38 nəfər mövsümi qripdən ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilib ki, son bir həftə ərzində 17 nəfər qripdən dünyasını dəyişib.
Mövsümi qripin monitorinq dövrünün başladığı 2019-cu ilin 40-cı həftəsindən 2020-ci ilin 5-ci həftəsinə (27 yanvar-2 fevral) qədər laboratoriya tərəfindən təsdiqlənmiş 151 ciddi qrip hadisəsi qeydə alınıb, 136 nəfər reanimasiyaya yerləşdirilib.
Bu xəstələrdən yalnız 55-i (36.4%) qripə qarşı peyvənd edilib.
Qripin “A” ştammı olan A, H (H3N2) və A (H1N1) pdm09 tipli xəstələrin əksəriyyəti üstünlük təşkil edir. Qripə oktyabrın əvvəlindən mayın sonuna qədər nəzarət olunur.