Qreta Tunberq Beynəlxalq Uşaq Sülh Mükafatını alıb

Qreta Tunberq Beynəlxalq Uşaq Sülh Mükafatını alıb İsveçli məktəbli və eko-aktivist Qreta Tunberq KidsRights uşaq hüquqları təşkilatı tərəfindən verilən Beynəlxalq Uşaq Sülh Mükafatının laureatı olub.
Digər ölkələr
4 Oktyabr , 2019 16:20
Qreta Tunberq Beynəlxalq Uşaq Sülh Mükafatını alıb

İsveçli məktəbli və eko-aktivist Qreta Tunberq "KidsRights" uşaq hüquqları təşkilatı tərəfindən verilən Beynəlxalq Uşaq Sülh Mükafatının laureatı olub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Təşkilatın saytındakı məlumata görə, Qreta ilə bərabər, ölkəsində "Children for Peace" hərəkatını başladan, uşaqların silahlı qruplaşmalar haqqındakı məlumatlılığını artırmaq və onları Kamerunda sülhün bərqərar olmasında daha fəal iştirak etməyə təşviq etmək üçün təşəbbüs göstərən kamerunlu hüquq müdafiəçisi Divina Malum da mükafat alıb.

"Şübhəsiz ki, həm Qreta, həm də Divina çoxlu sayda uşağın gələcəyinə təsir göstərir. Onlar haqlı olaraq Beynəlxalq Uşaq Sülh Mükafatına sahib çıxıblar", - təşkilatın qurucusu və ekspert komitəsinin sədri Mark Dullart deyib.

Rəsmi mükafatlandırma mərasimi noyabrın 20-də - Ümumdünya Uşaqlar Günündə Haaqada keçiriləcək.

Qeyd edək ki, məktəbli Qreta Tunberq 2018-ci ildə məktəb əvəzinə İsveç parlamentinə gedərək hökumətdən iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini gücləndirməyi tələb edib. Onun təşəbbüsü "FridaysForFuture" adlı beynəlxalq iqlim etirazı hərəkatına çevrilib.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun rəyinə əsasən, bəşəriyyət istiləşmənin qarşısını almaq üçün karbon qazı tullantılarını xeyli azaltmalıdır. Ancaq bu günə qədər yalnız 12 ölkə tullantıların azaldılması ilə bağlı öhdəliklərini rəsmi olaraq təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi