​Qiyamçılar Yəmən prezidentinin iqamətgahını tərk edib

​Qiyamçılar Yəmən prezidentinin iqamətgahını tərk edib Ötən gün husilərin Ədəndə prezident iqamətgahını ələ keçirdikləri haqda xəbər yayılmışdı
Digər ölkələr
3 Aprel , 2015 12:18
​Qiyamçılar Yəmən prezidentinin iqamətgahını tərk edib

Bakı. 3 aprel. REPORT.AZ/ Ərəb dövlətləri beynəlxalq koalisiyasının havadan endirdikləri zərbələr nəticəsində husi qiyamçıları Yəmənin cənubundakı prezident Abdrabbu Mansur Hadinin iqamətgahını tərk ediblər.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

"Husilər və müttəfiqləri səhər tezdən prezident sarayını tərk ediblər",- məlumatda vurğulanıb.

Xatırladaq ki, aprelin 2-də husi qiyamçıları və Yəmənin keçmiş prezidenti Əli Salehinin tərəfdarlarının Ədəndə prezident iqamətgahını ələ keçirdikləri haqda xəbər yayılmışdı. 

Son xəbərlər

Orphus sistemi